Bizim vəkillərimiz cinayət işi üzrə şahid, şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində cəlb edilmiş şəxslərə cinayət prosesinin bütün mərhələlərində peşəkar hüquqi yardım göstərirlər. Eyni zamanda vəkillərimiz cinayət işində statusdan asılı olmayaraq (təqsirləndirilən, zərərçəkmiş, mülki iddiaçı, mülki cavabdeh) müştərilərin hüquqlarının və qanuni mənafelərinin bütün məhkəmə instansiyalarında müdafiə edilməsinə zəmanət verirlər.