“RR CONSULTING” Şirkəti - mülki, ailə, əmək, inzibati, vergi, korporativ, cinayət və digər hüquq sahələrində hüquqi xidmətlər göstərən konsaltinq şirkətidir. Şirkətin əsas fəaliyyət istiqaməti hüquqi və fiziki şəxslərin hüquqlarının və qanuni mənafelərinin məhkəmədə təmsil edilməsi, hüquqi məsləhətlərin verilməsi və biznesə hərtərəfli hüquqi dəstəkdir.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “RR CONSULTING” şirkətinin təsisçisi və direktorudur.
2004 - 2008 - Bakı Dövlət Universitetinin hüquq fakültəsi
2011 - 2014 - Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində magistrlər üçün Master Business Administration (MBA) Beynəlxalq proqramının “Biznesin təşkili və idarə edilməsi” fakültəsi
2008 - 2009 - məhkəmə iclas katibi vəzifəsi
2009 - 2010 - "Verdikt" konsaltinq şirkətinin aparıcı hüquqşünası vəzifəsi
2010 - 2011 – “Veysəloğlu” Ticarət Şirkətinin aparıcı hüquqşünası vəzifəsi”
2013 -2018 - "Global Energy Azerbaijan" Russneft Neft Holdinqinin müqavilələr üzrə mütəxəssis, aparıcı hüquqşünası vəzifəsi
2019 - "Alhokair Fashion Retail" Holdinqinin hüquq şöbəsinin müdiri vəzifəsi (Zara, Massimo Dutti, GAP, ALDO, Bershka və s.)
Ailə mübahisələrini danışıqlar və məhkəmə yolu ilə həll edilməsində böyük təcrübəyə malik olan “RR CONSULTING” Şirkəti nikah müqaviləsinin bağlanması, nikaha xitam verilməsi və etibarsız hesab edilməsi, alimentin tutulması, uşaqların yaşayış yerinin müəyyənləşdirilməsi, uşaqla ünsiyyət proseduru, uşağın ölkədən çıxarılması proseduru …
“RR CONSULTING” şirkəti qanunsuz işdən çıxarılma, işçiyə ödəniləcək əmək haqqı, təzminat və digər ödənişlərin tutulması, əsassız intizam tədbirlərinin tətbiqi və dəymiş zərərin ödənilməsi ilə əlaqədar olan əmək mübahisələri üzrə hüquqi xidmətlər göstərir və eləcə də Biz əmək müqavilələrin bağlanması, dəyişdirilməsi …
Biz yol nəqliyyat hadisəsinin iştirakçıların hüquqlarının peşəkar müdafiə edilməsi, yol polisi orqanlarında və məhkəmələrdə müştərilərin …
Bizim vəkillərimiz cinayət işi üzrə şahid, şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxs qismində cəlb edilmiş şəxslərə cinayət prosesinin bütün mərhələlərində peşəkar hüquqi yardım göstərirlər. Eyni zamanda vəkillərimiz cinayət işində statusdan asılı olmayaraq (təqsirləndirilən, zərərçəkmiş, mülki iddiaçı …
“RR CONSULTING” şirkəti müştərilərə daşınmaz əmlak alqı-satqısı, icarəyə verilməsi və onunla bağlı istənilən əməliyyatlarda tam hüquqi dəstəyi təmin edir. Həmçinin şirkətimizin fəaliyyət dairəsinə vəsiyyətnamələrin hazırlanması, mirasın rəsmiləşdirilməsi və qəbulu, torpaq və mənzil mübahisələri (yasayış sahəsinə …
Şirkət vergi mübahisələrinin həlli, vergi orqanlarının qərarlarının mübahisələndirilməsi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin (DTA) tətbiqinə dair hüquqi xidmətlər göstərir. Xidmətlərimizin əhatə dairəsinə vergi yoxlamalarında iştirak edilməsi, istənilən vergi məsələlərində şifahi və yazılı məsləhətlərin …
“RR CONSULTING” Şirkəti, şirkətlərin kadr auditinin və müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün tövsiyələrin hazırlanması, əmək müqavilələrinin və şirkətin daxili sənədlərinin hazırlanması, müştəri üçün ən az risklə əmək münasibətlərinə xitam verilməsinə dair tövsiyələrin hazırlanması üzrə hüquqi xidmətləri göstərir. Şirkətimiz …
“RR CONSULTING” şirkəti dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkət və ya hərəkətsizlikdən yuxarı orqanına və məhkəməyə şikayət verilməsinə və verilmiş şikayətlərin müdafiə edilməsinə dair hüquqi xidmətləri təklif edir. Bundan əlavə …